KANAL24.AZ
Az Iw En Ru

"Aramızda 82 yadplanetli növü yaşayır" - Sabiq nazirdən ŞOK AÇIQLAMA

 Kanadanın sabiq müdafiə naziri Pol Hellyer yadplanetlilər haqqında maraqlı bəyanatlar verib. 
 
Dünyadakı bəzi şəxslər hər zaman yadplanetlilərin mövcudluğu, hətta dünyada gəzdiyinə dair məlumatlar verir. Ancaq bu dəfə məsələ bir az daha ciddidir.
 
Çünki Kanadanın keçmiş müdafiə naziri Pol Hellyerə görə, hazırda planetimizdə təmas halında olan 82 fəzalı növü mövcuddur. Təsnif olunmamış sənədlər, şəkillər və videolar kimi subyektlər nəzəriyyəçilərin fərziyyələrini gücləndirmək üçün istifadə edilir.
 
Sabiq nairin fikirlərini Youtube-dəki Alien Races adlı video material da təsdiq edir. 
 
İlk mənbə yadplanetlilər tərəfindən qaçırılanlar, onlarla əlaqə yaradanlar və UNO faktına ilk əldən şahid olanları, ikinci mənbə isə keçmiş hərbi qulluqçular, hökumət rəsmiləri və təqaüdə çıxmış alimləri ələ alır. Saxta sənədlər haırlanaraq bu qəribə və qorxunc işə nöqtə qoyulur.
 
Paylaşılan video materiallara baxanda saxta, ya da absurd görünən videolarla müqayisədə daha çox real və inandırıcı olduğunu vurğulamaq lazımdır. Videodakı ən maraqlı hissələrdən birini keçmiş Kanadalı nazirin açıqlamaları yaradır. 
 
Hellyerə görə, uzaq keçmişdə Dünyanı ziyarət edən 82-dən çox yadplanetli növü vardı və bu yadplanetlilər hazırda da aramızda yaşamağa davam edir.
 
Bütün bu nəzəriyyələri və iddiaları bir kənara qoyaq. Planetimizdə 1.000.000.000.000dan çox ulduz var. Öz qalaktikamızdan başqa 100 milyarddan çox qalaktika olduğu da bilinir. Yəni ki, bütün bu videolar nə qədər inandırıcı görünsə də sadəcə nəzəriyyə və iddialardan ibarətdir. Ancaq kainatın böyüklüyü düşünüldükdə yadplanetlilərin olmadığı fikri də ağlabatan gəlmir. 
 
 
Zəhra

 

 

03:21 10.09.2017
Xəbər lenti
Bütün xəbərlər