Qəbələ rayonunda intihara cəhd olunub.
Hadisə rayonun Nic qəsəbəsində qeydə alınıb. Rayon sakini, 2003-cü il təvəllüdlü Mustafayev Əhliyar Eldəniz oğlu yaşadığı evin həyətindəki ağacdan özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən tez xəbər tutaraq onu xilas ediblər.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.