KANAL24.AZ
Az Iw En Ru

Məşhur gitaraçı helikopter qəzasında dünyasını dəyişdi – VİDEO + FOTO

“Montgomery Gentry” qrupunun üzvü Troy Centri ötən gün Nyu-Cersidə baş vermiş helikopter qəzasında dünyasını dəyişib.

Bu barədə qrupun sosial şəbəkələrdəki rəsmi səhifələrində məlumat yayılıb. Helikopter hava limanı yaxınlığındakı meşəlik ərazisində qəzaya uğrayıb. Pilot yerindəcə dünyasını dəyişib, xəstəxanaya yaralı vəziyyətdə çatdırılan 50 yaşlı müğənninin isə həyatını xilas etmək mümkün olmayıb.

Yayılan məlumata görə, qrup axşam konsert proqramı ilə çıxış etməli idi. 

 


23:31 09.09.2017
Xəbər lenti
Bütün xəbərlər