KANAL24.AZ
Az Iw En Ru

Prezident San-Marino dövlət başçılarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavoliyə və Vanessa D’Ambrosioya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Zati-aliləri, ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost San-Marino xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


22:33 02.09.2017
Xəbər lenti
Bütün xəbərlər