KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan prezidenti slovakiyalı həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiya Respublikasının Prezidenti Andrey Kiskaya təbrik məktubu göndərib.

Kanal24 AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Slovakiya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


00:27 01.09.2017
Xəbər lenti
Bütün xəbərlər