KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirildi

Avqustun 30-da Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.

Nazirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.


20:47 31.08.2017
Xəbər lenti
Bütün xəbərlər