KANAL24.AZ
Az Iw En Ru

ABŞ səfiri Azərbaycan iqtisadiyyatına dəstəkdən danışdı

 "Azərbaycanın iqtisadiyyatın diversifikasiyası səylərinə dəstək vermək ABŞ səfirliyi, USAİD və şəxsən mənim üçün əsas prioritetdir".

Kanal24 Report-a istinadən xəbər verir ki,  bu barədə  ABŞ-ın Azərbaycandakı səfirliyinin saytında səfir Robert Sekutanın məqaləsində qeyd edilib.

Onun sözlərinə görə, ağac fermasının olduğu Men ştatına gedəndə belə, Azərbaycan onun ağlından çıxmır: "Men sakinləri ilə söhbət zamanı azərbaycanlı və menli fermerlərin oxşar cəhətlərinin olduğuna diqqət yetirdim. Alma ağacları əkmək, qoyun, keçi və inək saxlamaq Azərbaycanda olduğu kimi, Mendə də önəmlidir. Azərbaycanda olduğu kimi, Mendə də fermerlər fermanın məhsulunun keyfiyyəti və təravəti ilə fəxr edirlər. Azərbaycanda olduğu kimi, Mendə də kənd təssərüfatı, xüsusilə kiçik fermalar ailələrin gəlirinin vacib mənbəyi və ənənələrin qorunması yollarından biridir".


18:24 31.08.2017
Xəbər lenti
Bütün xəbərlər