KANAL24.AZ
Az Iw En Ru

Deputatlarının tətili başa çatdı

Bu gün Azərbaycan Milli Məclisinin deputatlarının tətil başa çatıb.

Qanunverici orqanın üzvləri 45 gün məzuniyyətdə olublar. 

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödənilib.

Milli Məclisin sədri 4500, komitə sədrləri 3600 manat, MM sədrinin müavini 3825 manat, sədrin birinci müavini 4050 manat, sıravi deputatlar isə 3150 manat müavinət alırlar.

Qanunvericiliyə uyğun olaraq, Milli Məclis komitələrinin iclasları sentyabrın 15-də başlayacaq.

Qeyd edək ki, qanunverici orqanın üzvləri tətilə iyulun 15-də çıxmışdılar.


18:05 30.08.2017