KANAL24.AZ
Az Iw En Ru

"Sionist düşərgəsi"liderləri Quterrişlə görüşüb

Avqustun 28-də "Sionist düşərgəsi" liderləri Tsipi Livni və İshak Hersoq İsraildə səfərdə olan BMT-nin baş katibi Antonio Quterriş ilə görüşüblər."

Ha-tnua"partiyasının üzvü,"Sionist düşərgəsi"nin həmsədri Tsipi Livni Quterrişə müracıət edərək,BMT-nin dərhal İsrailə qarşı olan təşkilatların yolverilməz fəaliyyətlərini aradan qaldırılmasına təzyiq göstərməsini və son zamanlarda intensivləşən İran təhlükəsilə əlaqədar işlərdə daha aktiv mövqe tutmasını bildirib.O deyib ki:"-BMT-nin verdiyi qərarları Hizbullah qruplaşması hörmət etmir.BMT öz qərarlarının yerinə yetirilməsinə nəzarət etməlidir." Parlamentin Müxalifət lideri İshak Hersoq isə Quterrişə Həmasın əsirliyində olan iki əskər cəsədinin qaytarılmasına təcili müdaxilə edilməsi haqqında müraciət edib.Hersoq Quterrişə Adar Qoldinin və Oron Şaulun ailələriilə görüşüb ,onları dinlədiyinə görə dərin minnətdarlığını bildirib və tez bir zamanda onların vətənə qaytarılmasına ümid etdiyini vurğulayıb.


18:02 30.08.2017
Xəbər lenti
Bütün xəbərlər