KANAL24.AZ
Az Iw En Ru

11 İsrail idmançısının xatirəsinə muzey yaradıldı

Münhenin Olimpiya kəndində, 1972-ci ildə keçirilən Olimpiya Oyunlarında terror hücumu nəticəsində həlak olmuş 11 İsrail idmançısının xatirəsinə həsr olunmuş muzey yaradılıb.Muzeyin açılış mərasimi sentyabrın 2-də baş tutacaq.Tədbirdə İsrail prezidenti Reuven Rivlin,Almaniya konsleri Angela Merkel və Beynəlxalq Olimpiya Komitəsinin presidenti Tomas Bax iştirak edəcək. Muzeyin qapıları sentyabrın 6-dan etibarən ziyarətcilərə açıq olacaq.Münhendə həlak olmuş ağırçəkili atlet İosif Romanonun həyat yoldaşı İlana Romano deyib ki:"-Biz bu muzeyi yaratmaq üçün uzun illər çalışıb ,mübarizə aparmışıq və bu açılış üçün çox həyəcanlanırıq.Çox şadıq ki bu işdə bizə prezidentimiz Reuven Rivlin yardımçı oldu.Ona dərin təşəkkürümüzü bildiririk." Münhendə açılışa həlak olmuş idmançıların birlikdə 26 qohumu dəvət olunub. Muzeyin yaradılmasında Bavariyanın Mədəniyyət və idman naziri Lyudviq Şapala böyük dəstək vermişdir.Almaniya konsleri Angela Merkel də bu layihəni dəstəkləmişdi. Münhen Olimpiadası terroru 1972 -ci ildə "Qara Sentyabr"təşkilatından Fələstin terrorçuları tərəfindən törədilmişdir.Terrorun qurbanları İsrail Olimpiya komandasının 11 üzvü (4 məşqçi,5 idmançı və 2 hakim) və bir alman polisi olub.Həmin vaxt İsrailin baş naziri Qolda Meirin göstərişi ilə İsrailin xüsusi xidmət qüvvələri tərəfindən izlənilən terrorçular bir il içində aradan qaldırılmışlar.Əməliyyatlar "Gəncliyin baharı" və "Tanrının qəzəbi" adı altında həyata keçirilmişdi.Bu hadisələr Steven Spilberqin çəkdiyi "Münhen" filminin əsasnı təşkil edir. Təl-Əvivdə Münhen qurbanlarına həsr olunmuş abidə ucaldılıb.


17:50 30.08.2017
Xəbər lenti
Bütün xəbərlər