KANAL24.AZ
Az Iw En Ru

Ərdoğan Myanmadakı faciədən danışdı

Dünya Myanmadakı qətliam qarşısında kar və kordur. Nə eşitmir, nə də görmür.

Kanal24 Trend-ə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dövlət telekanalına özəl müsahibəsi zamanı deyib.

Myanmada ordunun və buddistlərin müsəlmanlara qarşı törətdiyi qətliam barəsində danışan Ərdoğan, məsələni BMT-də gündəmə gətirəcəklərini bildirib.

“Bu son hadisələr daha da acınacaqlıdır. Eşitdiyimiz rəqəmlər təəssüf ki, 3 minə yaxın insanın öldürülməsi ilə bağlıdır. Əlbəttə, bu məsələni ağır, şiddətli bir şəkildə pisləyirik. Bu mövzunu bütün beynəlxalq təşkilatların, BMT-nin qarşısında qaldıracağıq” – deyə prezident qeyd edib.


17:09 30.08.2017
Xəbər lenti
Bütün xəbərlər