KANAL24.AZ
Az Iw En Ru

Hindistanda qatar relsdən çıxıb, yaralılar var

Hindistanın Maxaraştra ştatında sərnişin qatarı relsdən çıxıb.

Hadisə Tutuola şəhəri yaxınlığında qeydə alınıb.

Naqpur-Mumbay marşrutu üzrə hərəkət edən qatarın beş vaqonun relsdən çıxması nəticəsində xəsarət alanlar var. Onların dəqiq sayı hələ ki, məlum deyil.

Qatarların hərəkəti xətdə müvəqqəti olaraq dayandırılıb. Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.      Qeyd edək ki, avqustun 19-u və 23-də Hindistanda baş verən qatar qəzalarında 23 nəfər ölüb, 140-dan çoxu yaralanıb.


17:39 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər