KANAL24.AZ
Az Iw En Ru

Holokost faciəsi əbədiləşdirilir:Yeni layihələr müzakirəyə qoyulub

Yerüsəlim Bələdiyyəsi, İsrailin İkinci dünya Müharibəsi Veteranları Cəmiyyəti, Sankt-Peterburq bələdiyyəsi nümayəndələri və "Sooteçestvenniki" təşkilatının(lideri Leonid Litinskiy) nümayəndələri ilə birlikdə, Yerüsəlimdə Leninqrad blokadasının və Holokost faciəsinin qəhrəmanlarının xatirəsinə ucaltmaq istədikləri abidə layıhəsini müzakirə ediblər.Bu layihə Yerüssəlimin Bələdiyyə iclasında ilk dəfə olaraq müzakirəyə qoyulub.

Qonaqları Yerüssəlim Bələdiyyə başçısı Nir Barkat qəbul edib.İclasda İsrailin İkinci Dünya Müharibəsi Veteranlar Birliyinin sədri Avraam Qrinzayd,millət vəkili Marina Konçevaya ,"Leninqrad blokadası" təşkilat nümayəndələri,Sankt-Peterburq Xarici Əlaqələr Komitəsinin sədr müavini Leonid Markov ,Rusiya Mədəniyyət Mərkəzinin əməkdaşları ,Təl-Əvivdəki Katolik Kilsəsinin sabiq başçısı və əvvəllər Rusiyanın İsraildəki səfirliyinin müşaviri Aleksandr Kryukov və Yerüssəlim Bələdiyyəsinin əməkdaşları iştirak ediblər. Yerüssəlimin inkişafı üzrə ofisin əməkdaşları iclas üzvlərinə şəhərin video xəritəsində abidənin qoyula biləcəyi bir neçə yerləri nümayiş etdiriblər. Leonid Markov Komitə ilə birlikdə ,abidənin maketinə və quraşdlrılmasının həyatə keçməsinə sponsorluq edəcəyini təklif edib. Yerüssəlim Bələdiyyə başçısı belə bir abidənin Yerüssəlimdə ucalmasını n lazım olduğunu spyləyib. İclasın sonunda hər iki tərəf nümayəndələri bir -birlərinə hədiyyələr təqdim ediblər.Nir Barkat İsrailin paytaxtının simvolu olan aslan təsvirli nişanlar paylayıb,Leonid Markova isə Yerüssəlimin təsviri olan stolüstü suvenir təqdim edib. Avraam Qrinzayd Nir Barkata və Leonid Markova İkinci Dünya Müharibəsinin qəhrəmanlarının xatirəsini əbədiləşdirməsinə verdikləri töhvəıərə görə Veteranlar Birliyi adından təşəkkür edib və medal təqdim edib. İclasdan sonra nümayəndələr Yerüssəlimi gəzintiyə çıxıblar və abidənin qoyulması nəzırdə tutulan bir neçə yerə baxış keçiriblər.Təklif olunan yerlərdən ikisi -"Tolpot Mirzağ" meydanı və BMT qərərgahının qarşısındakı meydan -bəyənilib.Yerlər Yerüssəlim arxitektorları,sənətkarları və dizaynerləri tərəfindən müzakirə ediləndən sonra seçim həllini tapacaq.Layihə Yerüssəlimin bir neçə bələdiyyə komissiyası tərəfindən təsdiq olunmalıdır.Bələdiyyə başçısı layihənin 8 ay içində həllini tapmasına söz verib.Npvbəti il Yerüssəlimdə Leninqrad blokadası qəhrəmanları və İkinci Dünya Müharibəsinin yəhudi veteranlarının xatirəsini əbədiləşdirən abidə ucalacaq.


14:57 29.08.2017
Xəbər lenti
Bütün xəbərlər