KANAL24.AZ
Az Iw En Ru

Bu qədər möhtəşəm sənətkarlıq olarmı?

Londonda yaşayan Annie Ralli çəkdiyi qəribə rəsm əsərləri ilə incəsənətsevərlərdə  maraq  oyadıb.

Kətandan, kağızdan istifadə etməyən rəssam əl üzərində rəsm əsərləri yaradır.

Annie deyir ki, hələ uşaq yaşlarından bu cür rəsm çəkməyə marağa olub. Anasının, atasının, nənə və babasının əlləri üzərində rəsm əsərləri çəkən Annie Ralli zaman keçdikcə öz istedadını daha da təkmilləşdirib. “Təbii ki, əl üzərində işləmək elə də asan deyil” deyən sənətkar əllərin titrəməməsi üçün bəzən saatlarla qarşısındakı insanla məşq etməli olur.

Bir şəkil üçün ən azı 3 saat vaxt lazım olduğunu deyən Annie Ralli vaxtaşırı əsərlərinin fotosu əsasında sərgi də həyata keçirir./atv.az/

 

 
 

00:24 10.06.2015
Xəbər lenti
Bütün xəbərlər