KANAL24.AZ
Az Iw En Ru

İŞİD Roma Papasına sui-qəsd planlaşdırır

"İslam dövləti"nin terrorçuları Roma Papasını özlərinin növbəti hədəfi adlandırıblar.
Kanal24  Daily News-a istinadən bildirir ki, bunu Vatikanın dövlət katibi Petro Parolin deyib.
O həmçinin bildirib ki, qruplaşma tərəfdarları Telegram kanalında uyğun video yayımlayıblar. Terrorçular İtaliyanı terror aktları ilə hədələyiblər.
Bununla belə, Müqəddəs Taxtın dövlət katibi onu da vurğulayıb ki, Vatikanda təhlükəsizliyin səviyyəsi son dərəcə yüksəkdir. Parolin həmçinin əlavə edib ki, Vatikan təhlükəsizlik tədbirlərini gücləndirməyib.

06:48 27.08.2017
Xəbər lenti
Bütün xəbərlər