KANAL24.AZ
Az Iw En Ru

İki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Ürkməzli kəndində qeydə alınıb. "VAZ 2107" və "VAZ 21099" markalı iki avtomobilin toqquşması nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlara tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

03:06 27.08.2017
Xəbər lenti
Bütün xəbərlər