KANAL24.AZ
Az Iw En Ru

Tovuzda ağır yol qəzası - 3 nəfər...

Tovuzda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə rayonun Qazqulu kəndi ərazisində qeydə alınıb.

“VAZ 2106” və “VAZ 2107” markalı iki avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlara tibbi yardım göstərilib. İki nəfərin vəziyyəti normal qiymətləndirilir. Bir nəfər, 1964-cü il təvəllüdlü Şirinov Şahinin vəziyyəti orta ağır olduğu üçün Gəncədəki xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


03:00 27.08.2017
Xəbər lenti
Bütün xəbərlər