KANAL24.AZ
Az Iw En Ru

AĞRIDAN DƏRMANSIZ QURTULUN: Baş barmağınızı 5 dəqiqə sıxın və... - FOTO İZAH

Aparılan araşdırmalara görə, əsəb, baş ağrısı, ürəkbulanma, diqqət əskikliyi, qorxu, iştahasızlıq, qəbzlik, stress kimi problemlərin həlli əllərinizdədir.

Ailem.az ağrı və neqativ hissləri yox etmək üçün barmaqların nə işə yaradığını təqdim edir.

Baş barmaq

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_22.jpeg

Baş barmaq qayğı və baş ağrılarına görə cavabdehdir. Sinirlə bağlı baş ağrısı yaşayırsınızsa, baş barmağınızı digər əlinizlə tutub 5 dəqiqə sıxın. Deyilənə görə, bu üsul ağrının keçməsinə kömək edir.

İşarə barmağı

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_23.jpeg

Bu barmaq əzələ ağrılarını, məyusluq, qorxu və utanc hissini idarə edir. İşarə barmağınızı sıxın və 5 dəqiqə gözləyin. Kürək və əzələ ağrısı olanlar bu yolla özünü daha yaxşı hiss edir.

Orta barmaq

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_24.jpeg

Əsəbi və ya həddən çox yorğun olanda orta barmağınızı sıxın. Bu, həm də təzyiqi aşağı salır və sakitləşdirir.

Üzük barmağı

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_25.jpeg

Neqativ duyğular və üzüntü zamanı üzük barmağını 5 dəqiqəlik sıxın. Sakitləşməyə çalışın və nəfəs alıb-vermənizi idarə edin.

Kiçik barmaq

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_26.jpeg

Kiçik barmaq özünə hörmətə, stress və gərginliyə cavabdehdir. Özünüzə olan hörmətinizi itirməyə başladınızsa, 5 dəqiqəliyinə kiçik barmağınızı sıxın. Bunu edərkən gözəl şeylər düşünməyə çalışın.

Ovuc içi

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_27.jpeg

Bir əlinizin barmaqları ilə digər əlinizin ovcunu sıxın. Dairəvi hərəkətlərlə masaj edərək, üç dəfə dərindən nəfəs alıb verin. Ovuc içi hisslərin mərkəzi hesab edilir. Müntəzəm olaraq ovuc içinə masaj etmək ürəkbulanma, stress, ishal və qəbizliyin qarşısını alır.

Ovucları bir-birinə sıxmaq

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_28.jpeg

Meditasiya zamanı bu hərəkət tez-tez edilir. Diqqəti toplamağa kömək edir və düşüncələri qaydasına salır. Belə edərək həm də qan dövranını yaxşılaşdıra bilərsiniz.

Surya Mudra

b_440_640_16777215_0___images_stories_006IYUL_barmaq_29.jpeg

Bu hərəkət həzmi asanlaşdırmağa və maddələr mübadiləsini işlətməyə kömək edəcək. Bu texnikadan həm də qan azlığı və iştahasızlıq problemlərində də istifadə edilir.


02:54 27.08.2017
Xəbər lenti
Bütün xəbərlər