KANAL24.AZ
Az Iw En Ru

Bakıda idman dırmanması üzrə açıq çempionat start götürüb

Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX), Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) “Gömrükçü” idman klubunun təşkilatçılığı ilə idman dırmanması üzrə yeniyetmə, gənclər və böyüklər arasında açıq çempionat keçirilib.

 “ClimBaku” idman dırmanması mərkəzində təşkil edilən yarışın açılış mərasimində Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, DGK İSM-in baş direktoru Xəzər İsayev Prezident İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan danışıb.

FAIREX-in vitse-prezidenti Teymur Nəcəfzadə çempionatda mübarizə aparan hər bir idmançıya uğurlar arzulayıb. O, belə turnirlərin ölkəmizdə idmanın bu növünün inkişafında önəmini vurğulayıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib, çempionat açıq elan edilib.

Çempionatda 10 idman klubundan 70-dək idmançı mübarizə aparır. Avqustun 26-27-də yeniyetmə və gənclər çətinlik, sentyabrın 9-10-da isə böyüklər boldrinq və sürət növləri üzrə yarışlarda bacarıqlarını nümayiş etdirəcəklər.


01:50 27.08.2017
Xəbər lenti
Bütün xəbərlər