KANAL24.AZ
Az Iw En Ru

Konte: "Azərbaycana uzun məsafə qət etməli olacağıq"

"Çelsi"nin baş məşqçisi Antonio Konte Çempionlar Liqasında yer aldıqları qrup barədə danışıb.

Kanal24 goal.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Roma", "Atletiko" və təmsilçimiz "Qarabağ"ın yer aldığı qrupda güclü komandaların yer aldığını bildirib:

"Çətin qrupa düşmüşük. Rəqiblərimiz ciddi komandalardır. 

Heç bir oyun rahat olmayacaq. "Atletiko" və "Roma" ilə çox çətin mübarizə aparmalı olacağıq. Onu da yaxşı bilirəm ki, Azərbaycana uzun məsafə qət etməli olacağıq və bu da bizə çətinlik yaradacaq".

 

Qeyd edək ki, "Qarabağ" qrupda ilk matçını Londonda "Çelsi"yə qarşı keçirəcək. 


01:01 27.08.2017
Xəbər lenti
Bütün xəbərlər