KANAL24.AZ
Az Iw En Ru

Tovuzda xəstəxana işçisi intihar etdi

Tovuz rayonunda Qovlar Şəhər Xəstəxanasının bağbanı və qazanxanasının ocaqçısı işləyən 1979-cu il təvəllüdlü Namazov Aqil Qəzənfər oğlu özünü asaraq öldürüb.

İntihar edən şəxs qardaşına zəng edərək özünü öldürəcəyini və hər kəsin onu bağışlamasını istədiyini bildirib.

Qardaşı hadisə yerinə çatdıqda onu artıq asılı vəziyyətdə görüb. O, köməyə çağırdığı insanlarla birgə ipi kəsərək qardaşını özünü asdığı yerdən aşağı endirsə də, onun öldüyü məlum olub.

Yaxınlarının dediyinə görə, onun borcu və ya hər hansı bir şəxslə ədavəti olmayıb.

Mərhumun bir yeniyetmə qızı və oğlu var.

Faktla bağlı araşdırma aparılır.


17:12 25.08.2017
Xəbər lenti
Bütün xəbərlər