KANAL24.AZ
Az Iw En Ru

Xaçmazda avtomobil aşıb, ölən və yaralanan var

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Xudat-Yalama yolunun 3-cü km-də Xudat şəhər sakini, 1970-ci il təvəllüdlü Ələkbərov İlqar Ələkbər oğlunun idarə etdiyi “Daewoo” markalı, 10 LC 160 dövlət nömrə qeydiyyatlı avtomobil idarəetmədən çıxaraq, aşıb.

Nəticədə sürücü hadisə yerində ölüb, avtomobildə olan sərnişin, Xudat şəhər sakini, 1990-cı il təvəllüdlü Abdullayev Orxan Saməddin oğlu ağır bədən xəsarətləri alaraq Xudat şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırmalar davam etdirilir.


18:02 24.08.2017
Xəbər lenti
Bütün xəbərlər