Ağsu rayonunda qətl törədilib.
Rayonun Gəgəli kəndində qadın ərinin əl-qolunu bağlayaraq, ona balta ilə xəsarət yetirib. Qadına oğlunun da kömək etdiyi bildirilir.
Nəticədə kişi aldığı xəsarətdən ölüb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər.