KANAL24.AZ
Az Iw En Ru

Putin israilli qonaqlara hədiyyə təqdim etdi

Dünən Soçidə Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahunun görüşü baş tutub.Məlumata görə ikitərəfli danışıqları Yaxın Şərq,Fələstin-Israil münasibətləri,İran məsələləri təşkil edib.İclasdan sonra Vladimir Putin israilli qonaqlara TANAH-ın qədim nəşrini hədiyyə edib.

İTV 20 kanalının məlumatına görə,bu görkəmli ilahiyyatçı və yazar Rabbi Şlomo İshakinin(Raşi)əlyazmalarından ibarət olan Tövratın ilk çap olunan nəşridir. Raşi təxminən 1000 il bundan əvvəl (1040-1105) Almaniya və Fransada yaşayıb.Onun əlyazmaları hələ indiyə kimi Tanahı öyrənənlər tərəfindən dərindən oxunur və lazımlı hesab olunur. Tanahın nəşr tarixi göstərilməsə də ,kitab təxminən 600 il bundan öncə çap edilib. Tövratın ilk səhifələrindən birində Raşi qeyd edib ki,yəhudilər mütləq öz doğma vətənlərinə dönəcəklər,lakin "özgəsinin torpaqlarını zəbt edən " kimi günahlandırılacaqlar.


13:40 24.08.2017