KANAL24.AZ
Az Iw En Ru

Bulvarda naməlum qadın meyiti tapıldı – FOTO

Avqustun 8-də, saat 15:00 radələrində Səbail rayonu ərazisində, Dənizkənarı Milli Parkda dənizdən üzərində zorakılıq əlamətləri olmayan, 50-55 yaşlarında qadın meyiti tapılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, meyitin boyu 156 santimetr, arıq bədən quruluşlu, saçları qaradır.

Meyit aşkar edilərkən qulağında qızıl sırğa, əynində yaşıl kofta və uzun ətəkli qara don olub. 

Həmin şəxsi tanıyanlardan “102 Zəng Mərkəzi”nə, yaxud 492-02-02 nömrəli telefonla Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat vermələri xahiş olunur.

 

 


21:58 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər