KANAL24.AZ
Az Iw En Ru

Bakıda qadın yanğında öldü

Bu gün Bakı şəhəri, Yasamal rayonunda bir-birinə bitişik tikilmiş ümumi sahəsi 90 m² olan 4 otaqlı evin yanar konstruksiyaları və ümumi sahəsi 78 m² olan 3 otaqlı evin dam örtüyü 58 m² sahədə yanıb.

Kanal24-ün Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı Süleymanova Zərgül Nəriman qızının cəsədi aşkarlanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 09:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


19:54 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər