KANAL24.AZ
Az Iw En Ru

Tanınmış aparıcının oğlunun şirkəti bir ay ərzində iki dəfə qarət olundu

Tanınmış aparıcı, səyyah Azər Qəribin oğlu Şaiqin direktor olduğu TNT şirkəti (Avropa şirkətidir)  bir ay ərzində iki dəfə qarət olunub.

Dünən günorta saatlarında ofisin qarşısından şirkətə aid nəqliyyat vasitəsini oğurlayıblar.

Məsələ ilə bağlı Azər Qərib bildirib ki, o, baş vermiş hadisəni iki cür qiymətləndirir: “Sadalanan hadisələri mən iki cür qiymətləndirə bilərəm - bu, ya açıq-aşkar sataşmaqdır, ya həmin ərazidə oğruların özlərini sərbəst və rahat hiss etməsi. Şəhərin mərkəzi, Cavanşir (keçmiş Qaqarin) körpüsünün yanı. Çox ümidvaram və inanıram ki, Daxili İşlər Nazirliyi öz yerli orqanlarının qarşısında hər iki versiyanı ciddi araşdırmaq tələbini qoyacaq, cinayətkarlar yaxın zamanda yaxalanacaq və oğurlananlar şirkətə qaytarılacaq”.

Xatırladaq ki, iyulun 22-də şirkətdən oğurluq olub. Oğrular Bakının Xətai rayonu ərazisində yerləşən ofisin pəncərəsinin dəmir barmaqlıqlarını sındıraraq içəri daxil olublar və seyfi yarıblar. Onlar müşahidə kameralarının görüntülərini toplayan cihazı aparmaq istəyiblər, lakin əvəzində onun yerinə ups deyilən stabilizatoru götürüblər. Oğurluq faktı Xətai rayon Polis İdarəsinin 37-ci bölməsi tərəfindən araşdırılır. 


19:09 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər