KANAL24.AZ
Az Iw En Ru

Sumqayıtda oğul atasını bıçaqladı

Sumqayıtda oğul atasını bıçaqlayıb.

Hadisə şəhərin 6-cı mikrorayon ərazisində yerləşən şadlıq evində qeydə alınıb.

 Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, “Romans” şadlıq evində şənlik zamanı 1961-ci il təvəllüdlü Əlmərdanov Cabir Telman oğlu övladı tərəfindən bıçaqlanıb. O, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Həkimlər C.Əlmərdanovun vəziyyətini orta ağır kimi qiymətləndirir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.


18:22 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər