KANAL24.AZ
Az Iw En Ru

Sudan İsraillə yaxınlaşmaq istəyir

Bazar günü "Sudaniya 24" yerli telekanalına müsahibə verən Sudanın Xarici İnvestisiya naziri və "Umma" partiyasının lideri Mübarək əl-Fədil əl -Məhdi qeyd edib ki ,Sudan İsraillə münasibətləri normallaşdırmaq istəyir.Onu sözlərinə görə ,İsraillə əlaqələrin qurulması Sudana faydalı ola bilər.

O yəhudi dövlətilə əlaqələrin normallaşmasında heç bir maneə görmədiyini söyləyib. Əl-Fədil qeyd edib ki :"Fələstin,hətta HƏMAS İsraillə əlaqələri bərpa etmək üçün danışıqlar aparırlar.Fələstinlilər İsraildən vergi və elektrik energisi alır.Onlar israillilərlə oturub söhbət edirlər.Aralarında münaqişə olsa da fələstinli ərəblər İsrailə gedib gəlirlər." Sudan naziri İsrailin daxili quruluşunu tərifləyərək deyib ki:"İsraillə razılaşsaq da, razılaşmasaq da ,onun demokratik dövlət olduğunu dana bilmərik.Onlar öz rəhbərlərini məhkəməyə verir və həbs edirlər.Orada şəffaflıq var." Nazir İsrail texnologiyasından da təriflə danışıb. Sudan İsrailin düşmən ölkələri sırasında olmasa da ,Xartum ilə Yerüssəlim arasında düşmənçilik münasibətlərinin uzun tarixi vardır.Xartumda uzun illər HƏMAS qruplaşmasının nümayəndəliyi yerləşib və Sudan İran və Hizbullah qruplaşması ilə uzun illər əməkdaşlıq edib. Sudan qanunlarına əsasən vətəndaşların daxil olmadığı yeganə ölkə İsraildir. 2016-cı ildə Sudan İrandan uzaqlaşıb.ABŞ və Avropa ölkələri Sudan və İsrail arasında əlaqələrin, xüsusən də iqtisadi əlaqələrin bərpa edilməsinə təkan verirlər.


13:41 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər