KANAL24.AZ
Az Iw En Ru

Əlcəzair İsrailə mane olmağa çalışır

Əlcəzairin "sionizmə və normallaşmaya qarşı Milli Komitəsi" oktyabrın 23-24 -nə planlaşdırılmış İsrail -Afrika sammitinin baş tutmasına mane olmağa çalışır.Hərəkatın rəhbəri Xalid ibn İsmail Afrika ölkələrini irqçilik və müstəmləkəçilikdən çox çətinlik çəkdiklərini və sionizmin də irqçiliyin bir forması olduğunu unutmamağa çağırır.

Hərəkat rəhbərinin  sözlərinə görə ,bütün Afrika ölkələri birlik olub İsrail ilə münasibətlərin normallaşmasına qarşı çıxmalıdırlar.Sammitə qarşı əsasən Şimali Afrika ölkələri narazılıq bildirir,lakin son vaxtlar Cənubi Afrika da qarşı çıxanlara dəstək verir. Son illər Afrika -İsrail diplomatik münasibətləri xeyli fəallaşıb.Yeni siyasi nöqteyi nəzərdən hesab etsək bu əvvəllər baş nazir vəzifəsini tutmuş Aviqdor Libermanın Afrikaya səfərindən başlayıb.Sonralar baş nazir Binyamin Nitanyahu da bir neçə dəfə Afrikaya səfər edib. İsrail Afrikaya öz kənd təsərrüfatı və su resursları idarəetmə texnologiyasını ,tibbini və hərbi sənaye məhsullarını təklif edir.Nəticədə,İsrailin Afrika ölkələrilə tədricən yaxınlaşması bəzi ərəb ölkələrini ,xüsusən də Misiri narahat etməyə başlayıb.Buna görə də ,Efiopiya İsrailin Afrika ölkələri birliyinə daxil etmək niyyətindədir.


13:14 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər