KANAL24.AZ
Az Iw En Ru

Papatçi qızdırması - yay qripi

Xəstəlik bir çox əlamətlərinə görə və əsasən yay aylarında baş verdiyinə görə"yay qripi" də adlanır.Bu zaman xəstələrdə aşağıdakı əlamətlər özünü göstərir:
- üşütmə
- qızdırma
- şiddətli baş ağrıları
- zəiflik
Xəstəliyin əlamətləri qəfil başlayır və xəstlərdə bir sıra patoloji simptomların əmələ gəlməsinə səbəb olur.Ağrılar ən çox göz almalarında,qaşüstü nahiyələrdə,gözü hərəkət etdirəndə çoxalır.Papatçi qızdırması zamanı qara ciyər və dalaq böyümür,iştahsızlıq isə qızdırma olan günlərdə baş verir.Xəstənin üzü şişkinləşir,qızarır,konyuktivalar hiperemiyalaşır,sklera damarlarından qan sızır.Qansızma xüsusilə də gözün xarici tərəfindən zirvəsi bəbəyə doğru çevrilmiş üçbucaq şəklində onan hissəsində baş verir(Pik sindromu).Xəstəliyə əsasən isti havalarda rast gəlinir və epidemik xarakter daşıyır.
Xəstəlik qəfil qızdırma ilə başlayır.Xəstələrdə leykopeniya,dispepsiya əlamətləri,qəbizlik əlamətləri də müşayiət edilir.
Diaqnoz xəstəliyin xarakterik əlamətlərinə əsasən qoyulur.Müalicə zamanı xəstəyə yataq rejimi və simptomlar əleyhinə dərman maddələri təyin edilir.


06:25 23.08.2017