KANAL24.AZ
Az Iw En Ru

Tikinti şirkətində ÖZBAŞINALIQ

Sosial problemlərlə hər zaman xalqın yanında olan Kanal24 komandası bu dəfə də üzərinə düşən missiyanı yerinə yetirmək üçün Qurban Məmmədovun müraciəti əsasında Nəsimi rayon Nəsib bəy Yusifbəyli ev 11 ünvanına üz tutdu.

Məmmədov qurbanın şikayəti İRON inşaat MMC-dəndir.Şikayətçinin sözlərinə görə 1988-ci ildən ailəsi ilə birlikdə yaşadıqları ev təhlükəli vəziyyətdədir.Buna səbəb sə İRON şirkətidir.Belə ki bu şirkət onların evlərinin arxa hissəsində tikinti işlərinə başlayan gündən,yəni 2017-ci ilin mart ayından Məmmədovların yaşam vəziyyəti çətinləşib.Ərazidə aparılan tikinti işləri zamanı şikayətçinin yaşadığı evin divarları çatlayıb,tavan hissəsi isə çöküb.Bütün bu narahatçılıq azmış kimi tikinti zamanı Qurban Məmmədovun qaynatası Əliyev Ənnağa da şirkət rəhbərliyinin ehtiyatsızlığından da öz nəsibini alıb.Belə ki tikinti zamanı yuxarı hissədən düşən taxta parçası 92 yaşlı Ənnağanı yaralayıb.Şikayətçinin anası Əliyeva Gülabatın Hüseyn qızı prezident İlham Əliyevdən kömək istəyərək bildirib ki,onların həyatı təhlükə altındadı.Ömrünun bu ahıl yaşında belə bir narahatçılıq və təhlükəli vəziyyətdə yaşamaq istəmədiklərini söyləyən yaşlı ana tezliklə bu məsələnin həllinə inanır.Şikayətçinin iddiasına görə tikinti aparan şirkət onlara hədə qorxu gələrək evlərindən çıxmağı tələb edir.Şirkətin Qurban Məmmədova təklif etdiyi şərtlərlə razılaşmayan şikayətçi Kanal24 vasitəsilə ölkə başçısına və birinci vitse prezidentə müraciət edərək qarşılaşdığı bu durumda ona köməklik göstərilməsini xahiş etdi.


01:43 23.08.2017
Xəbər lenti
Bütün xəbərlər