KANAL24.AZ
Az Iw En Ru

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada güclü yanğın-YENİLƏNDİ

Bakının mərkəzində mağazada baş verən yanğın söndürülüb. 

Bunu Dövlət Yanğından mühafizə Xidmətinin əməliyyatçısı, polkovnik-leytenant Ramazan Ramaznov deyib. 

Onun sözlərinə görə, yanğın 30-35 kv/m ərazini əhatə edib. Mağazada əsasən divar kağızları yanıb. Yanğın nəticəsində geyim əşyalarına ziyan dəyməyib və xəsarət alan yoxdur. 

İlkin ehtimala görə, yanğına qısaqapanma səbəb olub.

******

Bakıda bahalı geyimlərin satıldığı mağazaların yerləşdiyi binada yanğın başlayıb.

Yanğın hadisəsi Neftçilər prospekti ilə Yusif Məmmədəliyev küçəsində fəaliyyət göstərən “Dolce & Gabbana” mağazasında qeydə alınıb.

Daha sonra isə “GUCCİ” mağasına keçib. Mağazalarda satılan geyimlər küçəyə çıxarılıb. 

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Yanğının qarşısını almaq üçün tədbirlər görülür. 

 

 

E.Ə.


22:06 22.08.2017