KANAL24.AZ
Az Iw En Ru

Aspirini belə də istifadə etmək olar - DƏRİ, SAÇ, DIRNAQLAR ÜÇÜN

Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur.  Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.

Bu faydalı xüsusiyyətlərlə yanaşı aspirinin bəzi çox ciddi yanaşı təsirləri də mövcuddur - uzun müddət ərzində aspirin qəbul edən insanlarda qanaxma, mədə xorası və qastrit inkişaf edə bilər.

Bundan əlavə 16 yaşına qədər aspirinin qəbulu qadağandır ki, aspirin uşaq və yeniyetmələrdə nadir Rey sindromuna səbəb ola bilər. Qaraciyəri və beyini zədələyən bu sindrom xəstənin həlak olmasına gətirib çıxarda bilər.

Bütün dünyada populyar olan, Ginness Rekordları Kitabına daxil olan bu dərman əsas funksiyalarından əlavə həmçinin digər məqsədlərlə də istifadə olunur:

- Sızanaqları müalicə edir. (Aspirin həbləri əzilir, limon şirəsi ilə qarışdırırlır, yalnız sızanaqların üzərinə çəkilir, 20 dəqiqədən sonra silinir.)

- Həşəratların dişləməsi zamanı qaşınmanın qarşısını alır. (Aspirin suda həll olunur, dişlənmiş yerə çəkilir.)

- Kəpəyi müalicə edir. (Aspirin əzilir, şampunla qarışdırılır, bu şampunla saçlar yuyulur.)

- Dərini ölmüş hüceyrələrdən təmizləyir (piling edir).

- Dırnaqları möhkəmləndirir. (Aspirin həbləri suda həll olunur və bu suda dırnaqlara vanna edilir.)

- Dabanları yumşaltmaq üçün istifadə olunur. (Aspirin əzilir, ayaq vannasını edəndə suya əlavə olunur.)

- Güllərin tez solmasının qarşısını alır. (Gül dəstəsi olan güldana 1 həb aspirin atılır.)

- Torpağı ziyanvericilərdən qoruyur.


21:13 22.08.2017