KANAL24.AZ
Az Iw En Ru

Niyə bu ölkənin insanları uzun yaşayır

2017-ci ilin Dünya Xoşbəxtlik Raporuna əsasən, ən uzunömürlü insanların hansı  ölkələrdə yaşadıqları və bunun üçün nəyə borclu olduqları məlum olub.
Ən uzunömürlü  insanların yaşadıqları beş ölkədən biri Yaponiyadır. Gündoğan ölkədə orta yaş həddi 83-dür. “Ölümsüzlüər diyarı” kimi tanınan Okinava və qonşu adalarda yaşı yüzü ötən 400-dən çox insan var. Buradakı uzunömürlülüyün sirri düzgün qidalanma və sağlam həyat tərzidir. Ada sakinləri əsasən, tofu adlanan xüsusi pendir növü, kartof və balıqla qidalanırlar. Həmçinin, bu adalarda kiçik qəsəbələrdəki sakinlər arasındakı münasibətlər çox yaxşıdır. Bu və digər səbəbdən sakinlər stressdən tamamilə uzaqdırlar. 
 
İspaniya da uzunömürlülər diyarıdır. Burada orta yaş həddi 82,8 ildir. Ağ dəniz məhsullarının, zeytun yağı və şərabın burada rolu çox böyükdür. Həmçinin, İspaniyada insanların uzun ömür yaşamalarına səbəb olan ikinci fakt buradakı gündəlik rejimdir. Məsələn, yay aylarında gündüz saat 2-dən 5-ə qədər dükanlar qapanır, sakinlər uzun mahar fasiləsinə çıxırlar. Onlar qısamüddətli nahar fasiləsini insan sağlamlığı üçün zərərli sayırlar.
 
Siyahıda  yer alan daha bir Şərq ölkəsi Sinqapurdur. Burada orta yaş həddi 83,1 ildir. Ölkədə “möcüzəvi” adlanan xüsusi sağlamlıq sistemindən istifadə olunur. Burada insanların sağlamlığı üçün hər bir addım atılır- yaşlı insanlarda stress və ruhi düşkünlüyü azaltmaq üçün xüsusi parklar, cavanlar üçün isə idman meydançaları salınır. Sinqapur alkoqol və siqaretə görə ən çox vergi tətbiq edən ölkələr sırasındadır.
 
İsveçrədə orta yaş həddi 81 ildir. Buradakı uzunömürlülüyün iki əsas səbəbi var: tibbi inkişaf və pendirdən istifadə. Avropanın ən çox pendir istehsal edən ölkələrindən biri olan İsveçrədə insanlar bu qidadan lazımınca yararlanırlar.
İsveçrəlilər  istirahətlərinə də böyük önəm verirlər. Həftəsonu misilsiz Alp dağları və Avropanın başqa ölkələrinə səyahət edirlər.
 
Dünyanın ən uzunömürlü insanları isə Cənubi Koreyada yaşayır. Orta ömür həddi burada 90 yaş kimi götürülür. Qeyd edək ki, Cənubi Koreya bu baryeri aşan ilk ölkədir. İnsanların həm fiziki, həm də ruhi sağlamlığa önəm vermələri onları erkən xəstəliklərdən, əsasən də xərçəngdən qoruyur. Xərçəngin ən az yayıldığı ölkələrdən biri də Koreyadır. İnsanlar ruhi sakitliyi və düzgün qidalanmanı sağlamlıqlarının iki əsas şərti kimi görürlər.

05:00 22.08.2017