KANAL24.AZ
Az Iw En Ru

Rostovda fövqəladə vəziyyət elan edildi

Rusiyanın Rostov şəhərində baş verən güclü yanğın hadisəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Alov artıq 25 evi əhatə edib. 3 nəfər xəsarət alıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəsmisi Yevgeni Kondratyev alovun söndürürlməsi üçün təyyarə və 5 helikopterin cəlb edildiyini deyib: "6 kvartalda qaz və elektrik verilişi dayandırılıb, ərazidə 437 yanğınsöndürən, 212 texnika işləyir, 560 nəfər təxliyə edilib".

Yanğın 10 min kvadratmetrə qədər əraziyə yayılıb.

03:01 22.08.2017