KANAL24.AZ
Az Iw En Ru

ABŞ-da yolu keçərkən SMS yazanlar cərimələnəcək

ABŞ-ın Konnektikut ştatının Stemford şəhərinin yerli hakimiyyəti yoldan keçərkən SMS yazan və bununla da özünü və digərlərini təhlükəyə atan piyadalara cərimə kəsməyi təklif edib.

Yeni qanun iri küçələrin ətrafında SMS yazan və telefonla danışan piyadalara aid olacaq. Buna bənzər layihə artıq Havay ştatının paytaxtı Honolulu şəhərində qəbul edilib və 2017-ci ilin oktyabrında qüvvəyə minəcək. Bu şəhərdə yolu keçərkən diqqətini smartfona yönəldən və ətrafına baxmayan piyadalar 30 dollar məbləğində cərimələnəcəklər.

Ötən il ABŞ-da piyadalar arasında qurbanların sayı 11 faiz artıb və təxminəm 6 min nəfər təşkil edib. Qanun layihəsi Konnektikutda qəbul edilərsə, çox güman ki, bu praktika bütün Amerika Birləşmiş Ştatlarının ərazisində genişlənəcək.


23:26 21.08.2017
Xəbər lenti
Bütün xəbərlər