KANAL24.AZ
Az Iw En Ru

Diqqət: bu duzlar zəhərlidir - Foto

Azərbaycanda satışı qadağan edilmiş zərərli duzlar satılır.

Bu fikirlərlə Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov çıxış edib. E.Hüseynov əhalini bu duzları almamağa çağırıb:

“2001-ci ildə ölkəmizdə "Yod çatışmazlığı xəstəliklərinin profilaktikası məqsədi ilə duzun yodlaşdırılması" haqqında qanun qəbul olunub. Qanunun 8.3 maddəsinə görə, yodlaşdırılmamış duzun qida və yem məqsədi ilə istehsalı, satışı və Azərbaycan Respublikasına idxalı qadağandır.

Ancaq Neftçala rayonunda yerləşən duz gölündən duz toplanır və satılır. Bu duzlar ən təhlükəli metallarla zəngindir və təmizlənməyib. Əhaliyə müraciət edirik ki, bu duzları istehlak edib özünüzü zəhərləməyin!”


22:00 21.08.2017