KANAL24.AZ
Az Iw En Ru

İsrail istehsalı olan ağac Neqevdə "bitdi"

Burqundiyanın Never şəhərində "E-tree"-İsrail ağacı "bitib".Bu ğacın yarpaqları əvəzinə İsrailin Sol-logic şirkətinin böyük günəş panelləri qoyulub.Quraşdırılmış bu ağacın altnda oturub telefon və ya planşetləri doldurmaq, pulsuz wi-fidan istifadə etmək,interaktiv LCD ekran vasitəsilə hər hansı bir məlumatəldə etmək, hətta susuzluğu yatırmaq üçün içməli suyla təmin olunmuş fəvvarədən istifadə etmək olar .

Qaranlıq düşəndə isə eTree akasiya ağacını xatirladan gecə lampasına dönüşür.Ümumiyyətlə Sol-logic şirkəti günəş panellərin satışı və quraşdırılması ilə məşğul olan şirkətdir."Elektrik ağacı"isə bir sözlə təbii, təmiz enerjinin təbliğ edən layihənin bir parçasıdır. Bu ayihənin məktəblərdə, parklarda, yaşayış sahələrində həyata keçirilməsi nəzərdə tutulur.İlk eTree 2014-cü ildə İsraildə yaradılıb.Bir il sonra bu layihənin Paris İqlim Konfrasında təqdimatı olub.Təl-Əviv və Ramata Nadiv parklarından əlavə, Sol-logic ağacları Beyt-Lehemdə, Kaliforniyada, Şimali Karolinada və bu yaxınlarda Burqundiyada quraşdırılıb. İsrail Yaxın Şərqdə günəş enerjisindən istifadə etməkdə lider ölkədir ki, 2020 -ci ilə qədər elektrik enerjisinin 10 faizini bərpa olunan mənbələrdən əldə etmək niyyətindədir.Bu ilin sonuna qədər Neqevdə inşa edilən dünyada ən hündür (240 m) günəş elektrostansiyasının tikilişi başa çatacaq.Yeni elektrik stansiyası 120 min evi işıqlandırma gücünə malikdir.


14:03 21.08.2017
Xəbər lenti
Bütün xəbərlər