KANAL24.AZ
Az Iw En Ru

Netanyahunun Rusiya prezidenti ilə görüşünə hazırlıq gedir

İsrailin baş naziri Binyamin Netanyahu avqustun 23-də Soçidə Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşəcək.Baş nazirin qərərgahından bildirilir ki :"Son iki il ərzində baş nazir prezident Putinlə Suriyada Rusiya -İsrail hərbi hava qüvvələrinin xoşagəlməz hadisələrə qarşı icra edilən birgə əməliyyatlar və regional məsələləri müzakirə etmək üçün bir neçə dəfə görüşüblər." Rəsmi məlumata görə bu görüş də eyni məqədi daşıyır.

Xatırladaq ki,Netanyahu və Putin arasında son görüş 2017-ci ilin martında baş tutub.İki saatdan çox davam edən bu danışıqlarda Ekologiya naziri Zeev Elkin,o vaxt vəzifədə olan Milli Təhlükəsizlik Şurasının rəhbəri ,general Yaakov Nagel,Qərərgah rəisi Yohav Qoroviç,Hərbi Kəşfiyyat rəisi Herçi Galevi , Hərbi Attaşe generalı Eliezer Toledano və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iştirak ediblər.


14:00 21.08.2017
Xəbər lenti
Bütün xəbərlər