KANAL24.AZ
Az Iw En Ru

İsrail banklarını təhdid edən şəxs saxlanıldı

İsrail polisi ölkənin ən nəhəng bankını təhdid edən 32 yaşlı hakkeri yaxalayıb.Şəxs bankı müştərilərin hesab bazasını şəbəkəyə qoymaqla hədələyirdi.Saxlanılan haker bankdan milyon şekel dəyərində bitkoyn tələb edirdi.Polis tərəfindən aparılan axtarış  əməliyyat nəticəsində hakker zərərsizləşdirilib.

Şübhəli şəxs eyni zamanda İsrailin digər böyük banklarını da şantaj edirmiş.Yaxalanan  şəxsin digər haker qruplaşmaları ilə əlbir olun-olmaması araşdırılır.Xatırladaq ki,son zamanlarda İsrail bankları bu problemlə tez-tez rastlaşır.Hakerlərin əsas hədəfləri isə İsrailin nəhəng bank sistemləridir.Aidiyyatı qurumlar isə bu məsələ ilə ciddi məşğul olduqlarını bildirərək  bank müştərilərini narahat olmamağa çağırıb.


13:51 21.08.2017
Xəbər lenti
Bütün xəbərlər