KANAL24.AZ
Az Iw En Ru

6 ton plov bişirib rekorda imza atdılar

Plov Azərbaycan mətbəxinin olduğu ədər Özbək mətbəxinin də şahı sayılır. Azərbaycanda bişirilən plovlardan fərqli olaraq(çəkmə plovlar istisna olmaqla) özbək plovu bir qədər qarışıq olur. Azərbaycan plovu ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarət olursa, özbək plovu isə quzu əti və uyruğu, kök, soğan, sarımsaq, qırmızı uzun bibər və ədviyyatların qarışığı ilə hazırlanır. Əsl özbək plovunu dadmaq üçün isə Buxaraya, Fərqanəyə getmək lazımdır. 
 
Özbək aşpazları isə plov bişirməkdə necə mahir olduqlarını bütün dünyaya nümayiş etdirmək istəyirlər. Hətta bununla kifayətlənməyib bu sahədə dünya rekorduna imza atmağa çalışırlar.
 
Özbəkistanda yeni bir rekorda imza atmaq üçün 6 ton Türküstan plovu bişirilib.
 
Paylaşılmış fotolardan da özbək aşpazların bu işdə as olduqları aydın görünür:
 
 
 
 
 

15:33 20.08.2017
Xəbər lenti
Bütün xəbərlər