KANAL24.AZ
Az Iw En Ru

Ərdoğandan Almaniya XİN rəhbərinə - “Yerini bil”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya XİN rəbhəri Ziqmar Qabrieli sərt şəkildə tənqid edib.

Bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

“O, heç bir sərhəd tanımır! Sən kimsən ki, Türkiyə prezidenti ilə danışasan? Öz yerini bil. Nə qədər vaxtdı siyasətdəsən? Neçə yaşın var?”-, deyə prezident dövlət telekanalı ilə çıxışı zamanı söyləyib.

Xatırladaq ki, cümə günü Ərdoğan Almaniyada yaşayan türkləri seçkilər zamanı kansler Angela Merkelə səs verməməyə çağırıb.

XİN rəhbəri Ziqmar Qabriel isə bunu “seçki öncəsi kampaniyaya kobud şəkildə müdaxilə” adlandırıb.


15:10 20.08.2017
Xəbər lenti
Bütün xəbərlər