KANAL24.AZ
Az Iw En Ru

Türkmənistanda müvəqqəti spirtli içkilərin satışı qadağan edildi

Bu ilin sentyabrında "Aziat-2017" oyunularının keçirilməsi zamanı ictimai asayişi təmin etmək üçün Türkmənistanda oktyabradək spirtli içkilərin satışı qadağan edilib.

Bu barədə Türkmənistan Ticarət Nazirliyinin əməkdaşı bildirib.

"Qadağanın tətbiqində əsas məqsəd avqustun 17-dən hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təhlükəsizlik tədbirləri ilə əlaqədar ictimai asayişi və əmin-amanlığı təmin etməkdir", - adının çəkilməsini istəməyn nazirlik əməkdaşı vurğulayıb.

Qeyd edək ki, cari il sentyarbın 17-də ölkə paytaxtı Aşqabadda 5-ci "Aziat-2017" oyunlarının təntənəli açılışı olacaq. Oyunlar sentyabrın 27-də başa çatacaq.


05:38 20.08.2017
Xəbər lenti
Bütün xəbərlər