KANAL24.AZ
Az Iw En Ru

Bu ölkədə 9 nəfəri ildırım vurdu

Yaponiyada 9 nəfəri ildırım vurub.

Paytaxt Tokioda parkların birində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Xəsarət alanların həyati təhlükəsi yoxdur.

İldırım elektrik qatarlarının da hərəkətinə təsir edib.

Bir neçə saat davam edən fırtına və şimşək çaxması səbəbilə Tokioda ən böyük və populyar festivallardan biri olan Tama çayı üzərindəki atəşfəşanlıq festivalı təxirə salınıb.


01:18 20.08.2017
Xəbər lenti
Bütün xəbərlər