KANAL24.AZ
Az Iw En Ru

Bu tarixdə “Böyük Amerika tutulması” baş verəcək

Çukot yarımadasının sakinləri bu il avqustun 21-də baş verəcək tam Günəş tutulmasını görə biləcəklər.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edəcək bu nadir təbiət hadisəsini bu il yalnız ABŞ sakinləri görəcəklər. Bu hal ölkənin istənilən hissəsində müşahidə ediləcək. Məhz buna görə də bu günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib.

Ekspertlər bildirirlər ki, tam Günəş tutulmasını Rusiyada - Çukça yarımadasında, Kamçatkanın şimalında və Şimal Buzlu okeanında yerləşən bir sıra adalarda qismən müşahidə etmək mümkün olacaq.

Qeyd edək ki, tutulma zamanı Ay Günəşin üzünü tam şəkildə örtəcək. Bunun nəticəsində gündüz bir neçə dəqiqə ərzində dərin qaranlığa qərq olacaq.


00:03 20.08.2017
Xəbər lenti
Bütün xəbərlər