KANAL24.AZ
Az Iw En Ru

Sınıq Körpüdə əməliyyat: 5 min 200 siqaret...

Gürcüstandan ölkəyə gizli yolla 5 min 200 ədəd siqaret keçirmək istəyən şəxs tutulub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hadisə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda baş verib.

Gürcüstan istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Ford Transit” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən və aksiz markası olmayan 5 min 200 ədəd “Vinston” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


19:00 19.08.2017
Xəbər lenti
Bütün xəbərlər