KANAL24.AZ
Az Iw En Ru

Fici və Tonqa adalarının sahillərində güclü zəlzələlər olub

Seysmoloqların yaydığı məlumata görə, Sakit okeanın cənubunda Fici adası sahillərində 6,3 bal gücündə zəlzələ baş verib. Qonşu Tonqa adasında da 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Birinci zəlzələnin episentri Suva şəhərindən 286 kilometr şərqdə, ocağı 530 kilometr dərinlikdə yerləşib. Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.

Bundan bir neçə saat sonra isə Tonqa adasında 6,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.


17:42 19.08.2017
Xəbər lenti
Bütün xəbərlər