KANAL24.AZ
Az Iw En Ru

Türkiyədə qəza nəticəsində bir azərbaycanlı ağır yaralanıb

Türkiyənin Bodrum şəhərində baş verən yol qəzası nəticəsində 2 nəfər ölüb, biri xəsarət alıb.

Ağır vəziyyətdə olan Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirilib.

Məlumata görə, avtomobil idarəetməni itirərək dərəyə aşıb. Nəticədə 27 yaşlı sürücü, Serhat Dalmış və sərnişinlərdən biri, 19 yaşlı Anıl Berke hadisə yerində ölüb. 27 yaşlı digər sərnişin, Azərbaycan vətəndaşı Gülmirə İbrahimova avtomobildən çıxaraq 40 metrə sürünüb.

Ağır xəsarət alan G.İbrahimova xəstəxayaya yerləşdirilib. Onun həyatının təhüləkədə olduğu bildirilir.


00:51 19.08.2017
Xəbər lenti
Bütün xəbərlər