Cənubi Karolinada nəsli tükənməkdə olan və nadir tapılan heyvan növləri üçün qurulan institutda olan Anjane adlı şimpanze yeni doğulmuş bir pumaya analıq edir.
Anjana balaca pumanı heç sıxılmadan qidalandırır, qucaqlayır və onu qoruyur.
İnstitutun işçisi Bhaqavan Antle məlumat verib ki, sözügedən şimpanze yaşadığı heyvanat bağçasında bundan əvvəl də 1 leopar, 2 pələng və 4 şir balasının böyüdülməsinə köməkçi olub.